İKZF zəmanət verdiyi biznes kreditlərinin məbləğini açıqladı
Maliyyə
09.07.2025 15:29
Bu il iyulun 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondu sahibkarların aldığı 299,856 milyon manat kreditə zəmanət verib.
TodayPress TV xəbər verir ki, bunu Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov bildirib.
Onun sözlərinə görə, bu kreditlərin 25 %-i təmir xidmətləri, topdan və pərakəndə ticarət, elm və təhsil sektoruna, 23 %-i emal sənayesinə, 22 %-i tikinti sənayesinə, 13%-i kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsinə, 3%-i turizm və ictimai iaşə sektoruna, 2 %-i nəqliyyat və anbar təsərrüfatına, 12 %-i isə digər sahələrdə xidmətlərin göstərilməsinə verilib.
"Ənənəvi mexanizm çərçivəsində 106 mindən çox, portfel təminatı mexanizmi çərçivəsində isə 200-ə yaxın sahibkarlıq subyektinin maliyyələşməsinə nail olmuşuq", - deyə E.Kərimov əlavə edib.
Hazırda Fond 17 müvəkkil bankla əməkdaşlıq edir.
tag: İKZF,İpoteka,Satış,Əmlak,Todaypress.tv,