Auditorlar sentyabrda 454 müqavilə bağlayıb
Maliyyə
25.10.2025 19:00
Bu ilin sentyabr ayında Azərbaycan auditorları (111 auditor təşkilatı) ümumilikdə 454 audit müqaviləsi bağlayıb.
TodayPress TV Auditorlar Palatasına istinadən xəbər verir ki, bunun 10-u icra olunub, 260-ı üzrə rəy verilib, 183-ü isə icradadır, 1 müqavilə isə ləğv olunub.
Bildirilib ki, ümumi dəyəri 3,2 milyon manatdan çox olan müqavilələrin 371-i maliyyə-təsərrüfat əməliyyatlarının auditi (MHA) üzrə qeydə alınıb.
Təhlilə əsasən, bağlanılmış 371 müqavilədən 219-u məcburi, 152-si isə könüllü audit subyekti ilə bağlı olub. Bu da müvafiq olaraq 59 % və 41 % təşkil edir.
Palatanın araşdırması zamanı 8 auditor təşkilatı və 2 sərbəst auditorun bağladığı 10 müqavilənin məbləğinin "auditor xidmətlərinin minimum hədləri"ndən yüksək olduğu müəyyənləşdirilib.
tag: Auditor,Sentyabr,Müqavilə,Yoxlama,Todaypress.tv,
