Mehman Veysəlov Neftçalada vətəndaş qəbulu keçirdi

Kənd Təsərrüfatı

25.06.2025 16:51

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlarda taxıl biçininin gedişini izləyib.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri bölgələrdə vətəndaş qəbullarını davam etdirir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov iyunun 25-də Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Yardımlıdan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən işə qəbul, texnikaların lizinqə verilməsi, baytarlıq xidmətlərinin təşkili və digər məsələlərlə bağlı olub. İdarə Heyətinin sədri Mehman Veysəlov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Bəzi müraciətlər yerindəcə həllini tapıb, bir sıra məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşlarla görüş zamanı Mehman Veysəlov Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların bu sahədə çalışanların rifah halının yaxşılaşdırılması və ölkə üzrə kənd təsərrüfatının ümumi inkişafına mühüm təkan verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qəbuldan sonra Mehman Veysəlov rayonun Abasalılı kəndində fermer Rövşən Nağıyevin taxıl sahəsinə baş çəkib, taxıl biçininin gedişini izləyib, fermerlərlə taxıl biçininin mütəşəkkil təşkili üçün görülən işlər, kombaynların sürətli dislokasiyası, məhsulun vaxtında və itkisiz yığılması üçün koordinasiyalı fəaliyyətin təşkili və digər məsələlər barədə fikir mübadiləsi aparıb.

tag: Aqroservis,KTN,Vətəndaş,Neftçala,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo