Məcnun Məmmədov Laçında təsərrüfatlara baş çəkdi
Kənd Təsərrüfatı
18.07.2025 17:26
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər çərçivəsində Laçında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.
TodayPress TV nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Laçın rayonunun yaylaqlarına köç etmiş heyvandarlıq təsərrüfatlarına, Minkənd kəndində yerləşən əkin sahələrinə, Sus, Bəylik və Zabux kəndlərində məskunlaşmış əhali üçün seçilmiş ferma yerlərinə baxış keçirib.
Daha sonra nümayəndə heyəti “Zerti” Agro-Sənaye Parkında yerləşən heyvandarlığın inkişafı üçün seleksiya mərkəzi, orqanik istixanalara baş çəkib, “Həkəri Balıq Təsərrüfatı”nın fəaliyyəti ilə tanış olublar.
Fermer və sahibkarlarla görüşdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin əhəmiyyəti, aqrar sektorda innovativ texnologiyaların tətbiqi, müasir əkinçilik texnologiyalarına keçid, heyvandarlığın inkişafı, ixtisaslaşmış ətlik və südlük iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, heyvandarlıqda yem təminatı, balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı, dövlət dəstəyi mexanizmlərinin ölkədə əsas məşğulluq sahəsi sayılan kənd təsərrüfatının inkişafına təkan verəcəyi bildirilib.
Görüş zamanı heyvandarlığın inkişafı məqsədilə aqrar sənaye kompleksləri və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
tag: Nazir,KTN,Laçın,Ziyarət,Todaypress.tv,








