Yük daşıyıcıları da sadələşdirilmiş vergi ilə bağlı yoxlamalara cəlb olunacaq

İqtisadiyyat

14.07.2025 12:29

İqtisadiyyat Nazirliyinin Kollegiyası 7 sentyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra yük daşımaları həyata keçirən vergi ödəyicilərində də sadələşdirilmiş vergi yoxlanılarkən fərqlənmə nişanlarının alınması qaydalarının düzgünlüyü, vəkalətnamə (etibarnamə) və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında daşımaların həyata keçirilməsi və vergilərin hesablanması zamanı faktiki texniki göstəricilərin ilkin uçot sənədlərinə uyğunluğu araşdırılacaq.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

tag: Mikayıl Cabbarov,İqtisadiyyat,Nazir,Qərar,Todaypress.tv,