Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 2 dəfədən çox artdı
İqtisadiyyat
28.06.2025 18:10
Bu ilin l rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 92,6 milyon ABŞ dolları birbaşa investisiya qoyub.
TodayPress TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,1 %-dən 29,4 %-ə çatıb.
Rüb ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 300,9 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 15 % çoxdur.
Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 17,3 %-dən 19,8 %-ə çatıb.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.
tag: Türkiyə,İqtisadiyyat,İnvestisiya,Artım,Todaypress.tv,