Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi açıqlandı
İqtisadiyyat
17.07.2025 11:29
Bu ilin ilk 6 ayında Azərbaycan türk dövlətləri arasında ən çox xarici ticarət dövriyyəsini Türkiyə ilə reallaşdırıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, hesabat dövründə Türkiyəyə 1 milyard 715,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Bu rəqəm Azərbaycanın ümumi ixracının 13,32 faizini təşkil edib. Eyni dövrdə Türkiyədən Azərbaycana idxal 1 milyard 186,7 milyon dollar olub və bu, ümumi idxalın 10,30 faizi səviyyəsində qeydə alınıb.
İkinci yerdə Qazaxıstan qərarlaşıb. Azərbaycandan bu ölkəyə 52,5 milyon dollar dəyərində məhsul ixrac olunub. Əvəzində Qazaxıstandan 448,2 milyon dollarlıq məhsul idxal edilib. Bu göstəricilərlə ixrac ümumi ixracın 0,41 faizini, idxal isə 3,89 faizini təşkil edib.
Üçüncü pillədə Özbəkistan yer alıb. Azərbaycan Özbəkistana 28,3 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ümumi ixracın 0,22 faizi deməkdir. Həmin dövrdə Özbəkistandan Azərbaycana 212 milyon dollarlıq məhsul idxal olunub. Bu göstərici ümumi idxalın 1,84 faizinə bərabər olub.
Türkmənistanla ticarət dövriyyəsində ixracın həcmi 30,4 milyon dollar təşkil edib (ümumi ixracın 0,24 faizi), idxal isə 109,8 milyon dollar olub (ümumi idxalın 0,95 faizi).
Beşinci yerdə Qırğızıstan qərarlaşıb. Azərbaycandan bu ölkəyə 5,3 milyon dollar dəyərində məhsul ixrac olunub, Qırğızıstandan isə 15,5 milyon dollarlıq məhsul idxal edilib. Müvafiq olaraq, ixrac ümumi ixracın 0,04 faizini, idxal isə 0,13 faizini təşkil edib.
tag: Azərbaycan,Türk Dövlətləri,Tİcarət,Dövriyyə,Todaypress.tv,