Turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artdı

Turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artdı
14.08.2025 10:35 İqtisadiyyat

2024-cü ildə Azərbaycanda turagentlər və turoperatorlar 166,4 milyon manat gəlir əldə edib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il ölkədə 381 turagent və turoperator fəaliyyət göstərib. Bu, əvvəlki ilə nisbətən 27 % çoxdur.

Hesabat dövründə turagentlərin və turoperatorların işçilərinin sayı isə 25,6 % artaraq 2 132-ə çatıb.

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər