Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat
30.06.2025 17:18
Şuşada bu ilin iyulun 2-də İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçiriləcək.
TodayPress TV bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçiriləcək “İƏT Həftəsi” çərçivəsində baş tutacaq. Forumun keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.
Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində “biznes-dövlət” (B2G), “biznes-biznes” (B2B) formatlarında görüşlər təşkil ediləcək.
tag: Şuşa,İƏT,Forum,Biznes,Todaypress.tv,