Qızılın qiyməti rekord səviyyəyə qalxdı
İqtisadiyyat
17.09.2025 23:50
Qızılın qiyməti bir unsiya üçün 3 744 dolları keçərək, rekord həddə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Comex" birjası məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrından bəri ilk dəfə olaraq Federal Ehtiyat Sisteminin faiz dərəcəsi 4-4,25%-ə endirməsi qərarı ilə bağlı qərar qəbul olunub.
2024-cü ildə Azərbaycanda 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.
Cari ilin iyununda Azərbaycan 22,97 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 81,4 % çoxdur.
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin II rübündə 15,8 ton qızıl alıb.
Fonddan verilən məlumata görə, 1 iyul tarixinə investisiya portfelində qızılın xüsusi çəkisi 28,8%-ə çatıb. Bu göstərici aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur.
Artım həm qızıl alışları, həm də beynəlxalq bazarlarda qiymətlərin yüksəlməsi ilə izah olunur.
Aynur TAC
tag: Qızıl, Bahalaşma, Valyuta, Dollar, todaypress.tv,