Qeyri-qida məhsullarında Azərbaycan dilində etiketlərin olmadığı aşkarlandı
İqtisadiyyat
17.06.2025 11:40
2025-ci ilin yanvar-aprel ayları ərzində aparılan nəzarət tədbirləri zamanı qeyri-qida məhsullarının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı müəyyən edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən TodayPress TV-yə verilən məlumata görə, 9 müəssisə tərəfindən idxal olunan 29 adda qeyri-qida məhsulunun etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı müəyyənləşib.
Aşkarlanmış pozuntu hallarının aradan qaldırılması üçün həmin müəssisələrə bildirişlər göndərilib və nəticədə məhsulların üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, istehlakçıların məhsullar barədə dolğun və başa düşülən məlumat əldə etməsi, həmçinin istehlak zamanı potensial risklərin və aldadılma halların qarşısının alınması məqsədilə qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tələblə istehlakçıların seçim hüququ təmin olunur və bazarda şəffaflıq artırılır.
tag: Antiintihar,İstehlak Bazarı,Nəzarət,Dövlət Xidməti,Todaypress.tv,