Mehmanxana və otel tipli obyektlərin sayı artdı

Mehmanxana və otel tipli obyektlərin sayı artdı
14.08.2025 12:13 İqtisadiyyat

Bu il yanvarın 1-nə Azərbaycanda mehmanxana və otel tipli 859 obyekt olub.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,2 % çoxdur.

İl ərzində bu obyektlərin birdəfəlik tutumu 13,4 % artaraq 67 376-ya, nömrələrinin sayı isə 10,7 % artaraq 31 750-yə çatıb.

Hesabat dövründə mehmanxana və otel tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 2,38 milyon nəfər olub ki, bu da illik müqayisədə 22,4 % çoxdur.

Ötən il mehmanxana və otel tipli obyektlərin işçilərinin sayı isə əvvəlki ilə nisbətən 11,7 % artaraq 15 202-ə çatıb.

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər