Kakao ixracından gəlir 26 %-ə yaxın artdı

İqtisadiyyat

21.07.2025 15:34

Bu ilin I yarısında Azərbaycan 73,815 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 % çoxdur.

Hesabat dövründə Azərbaycandan həmçinin 5,895 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 25,6 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,6 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05 %-ni təşkil edib.

Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

tag: Kakao,İxrac,Qazanc,Artım,Todaypress.tv,