İstehlakçılara 94 milyon manat ƏDV geri qaytarıldı

İqtisadiyyat

10.07.2025 12:20

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-dən fiziki şəxslərə müvəkkil banklar vasitəsilə qaytarılan məbləğ 94 milyon manata yaxın olub.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, cari ilin yanvar-iyun aylarında xarici vətəndaşlara Azərbaycanda fərdi istehlak məqsədilə aldıqları mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği isə 4 milyon 889 min manat təşkil edib.

tag: ƏDV,Dövlət Vergi Xidməti,Maliyyə,İqtisadiyyat,Todaypress.tv,