Elektrik enerjisi, qaz və buxar istehsalına yönəldilmiş investisiyaların dəyəri 4 dəfədən çox artdı

İqtisadiyyat

14.07.2025 13:32

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə əsas kapitala 861,4 milyon manat investisiya yönəldilib.

Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 664,6 milyon manat və ya 4,4 dəfə çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 10,7%-ə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,073 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,5% az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5% artıb.

tag: Elektrik,Qaz,Buxar,İstehsal,Todaypress.tv,