Dövlət sektorunun idxalda payı 2 dəfə artdı
İqtisadiyyat
26.07.2025 17:25
Bu ilin yanvar-iyun aylarında Azərbaycana məhsul idxalın həcmi 11,5 milyard ABŞ dolları təşkil edib.
Bu barədə TodayPress TV-yə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, dövlət sektorunun idxalda payı 4,1 milyard ABŞ dolları olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları, yaxud da 2 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycana 8,9 milyard ABŞ dolları dəyərində məhsul idxal edilmişdi ki, bunun da dövlət sektoruna düşən payı 2 milyard ABŞ dolları olmuşdu.
Hesabat dövründə dövlət sektoru tərəfindən idxal əməliyyatları ümumi idxalın 35,88-ini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.
tag: Dövlət,Sektor,İdxal,Artım,Todaypress.tv,