Bitkoin bahalaşdı

İqtisadiyyat

03.07.2025 10:46

İyul ayının 3-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti bahalaşıb.

TodayPress TV xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası “CoinMarketCap” platformasında 2.45% bahalaşaraq 109 265 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 5.94% artaraq 2587 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.66%, BNB isə 0.14% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

tag: Bitkoin,Qiymət, Platforma, Dollar, todaypress.tv,