Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək

İqtisadiyyat

05.09.2025 10:19

24-26 sentyabr tarixlərində Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə MDB-nin İnternet portalı məlumat yayıb.

Forum milli statistika xidmətlərinin, beynəlxalq təşkilatların, dövlət qurumlarının və tədqiqat dairələrinin nümayəndələrini bir araya gətirəcək.

Forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunacaq. İştirakçılar metodologiya, milli və beynəlxalq təcrübə, həmçinin qlobal statistik təşəbbüslər (Milli Hesablar Sistemi 2025, əhali və mənzil fondunun siyahıyaalınması (2030-cu il raundu və s.), eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqinin həyata keçirilməsi perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, layihələrin səmərəliliyinin əsas amillərinə: informasiya texnologiyalarının tətbiqinə, smart məlumatların inteqrasiyası və istifadəsinə xüsusi diqqət yetiriləcək.

TodayPress TV

tag: Bakı,III MDB Beynəlxalq Statistika Forumu,Milli Hesablar Sistemi,Dayanıqlı İnkişaf Məqsədləri,Todaypress.tv,