Azərbaycanın xarici ticarət əməliyyatlarında iştirakçıların sayı 54 mini ötdü

İqtisadiyyat

03.10.2025 13:09

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 54 013 nəfər təşkil edib. Onlardan 43 965 nəfəri fiziki ( illik müqayisədə 7.2% artıb), 10 048 nəfəri isə hüquqi şəxslərdir ( 2% artıb).

Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 166-sı dövlət, 9882-i isə özəl sektorun nümayəndələri olub.

Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi 15 milyard 52.7 milyon ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 395 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə - 17 milyard 65.4 milyon ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı – 2 560 ədəd təşkil edib.

TodayPress TV

tag: Azərbaycan,173,İdxal,Dollar,Todaypress.tv,