Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlandı

İqtisadiyyat

19.06.2025 12:20

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın iqtisadiyyatına yönəlmiş birbaşa xarici investisiyalar 1,5 milyard ABŞ dollar təşkil edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin rəhbəri Samir Nəsirov məlumat verib.

Onun sözlərinə görə, cari ilin ilk rübündə Azərbaycanın xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 315 milyon ABŞ dolları təşkil edib.

S. Nəsirov bildirib ki, ilk rübdə Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr Böyük Britaniya (405,8 milyon ABŞ dollar), Türkiyə (300,9 milyon ABŞ dolları), Kipr (181 milyon ABŞ dolları), Birləşmiş Ərəb Əmirlikləri (110,3 milyon ABŞ dolları) İran (90,1 milyon ABŞ dolları) olub.

Əvəzində, 2025-ci ilin ilk üç ayında Azərbaycanın birbaşa investisiya etdiyi ölkələr sırasında Türkiyə (92,6 milyon ABŞ dolları), Gürcüstan (30,4 milyon ABŞ dolları), Böyük Britaniya (27,8 milyon ABŞ dolları), İspaniya (20,9 milyon ABŞ dolları), Rusiya (18,4 milyon ABŞ dolları) yer alıb.

tag: Azərbaycan,Xarici,İnvestisiya,Yatırım,Todaypress.tv,