Azərbaycan və Moldova vergi sahəsində əməkdaşlığı müzakirə etdi

İqtisadiyyat

19.06.2025 10:21

Azərbaycan və Moldova arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli moldovalə həmrakı Olqa Qolbanla görüşüb.

Görüşdə həmçinin vergi inzibatçılığı, rəqəmsal həllərin tətbiqi, risk əsaslı yanaşmalar və vergi nəzarətinin təkmilləşdirilməsi sahələrində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

O.Nəzərli qeyd edib ki, təcrübə və məlumat mübadiləsi hər iki ölkənin vergi sistemlərinin davamlı inkişafına töhfə verə bilər. Öz növbəsində, O.Qolban Azərbaycan vergi sistemində həyata keçirilən müasir yanaşmaların və idarəetmə modellərinin Moldova üçün maraq kəsb etdiyini bildirib.

tag: Azərbaycan,Moldova,Əməkdaşlıq,Müzakirə,Todaypress.tv,

photo
photo