Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 4 %-ə yaxın artırdı

İqtisadiyyat

30.06.2025 17:22

Bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya 442,3 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.

TodayPress TV xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.

Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 5,1 % azalaraq 251,4 milyon ABŞ dolları, İsveçrə istiqamətində isə 2,7 dəfə artaraq 127,9 milyon ABŞ dolları olub.

Ötən 5 ayda Azərbaycan həmçinin Gürcüstana 125,5 milyon ABŞ dolları (31 % çox), Ukraynaya isə 76,5 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.

5 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

tag: Azərbaycan,Rusiya,Qeyri-neft ,İxrac,Dollar,Sektor,Todaypress.tv,