NBA növbəti 3 ilinin cədvəlini açıqladı
İdman
31.07.2025 14:00
Milli Basketbol Assosiasiyası (NBA) qarşıdakı üç il ərzində Avropada keçiriləcək altı rəsmi oyununu elan edib.
TodayPress TV xəbər verir ki, liqa rəhbərliyinin məlumatına görə, oyunlar müxtəlif Avropa şəhərlərində baş tutacaq.
İlk görüş 2026-cı il yanvarın 15-də Berlində keçiriləcək – bu oyunda “Orlando Magic” komandası “Memphis Grizzlies” ilə qarşılaşacaq. Eyni komandalar üç gün sonra, yanvarın 18-də Londonda yenidən üz-üzə gələcək.
2027-ci ildə NBA oyunları Mançester və Parisdə keçiriləcək. 2028-ci ildə isə Berlində və Parisdə daha iki matç baş tutacaq. Həmin oyunlarda iştirak edəcək komandalar hələlik müəyyənləşdirilməyib.
Xatırladaq ki, NBA-nın Avropada son oyunları 2025-ci ilin yanvarında Parisdə “San Antonio Spurs” və “Indiana Pacers” komandaları arasında keçirilmişdi.
Töhfə Səməd
tag: Milli Basketbol Assosiasiyası ,Avropa,Oyun,Liqa,Todaypress.tv,