Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşdü
Hərbi
19.06.2025 17:48
Azərbaycan və Özbəkistan respublikaları arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq, Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.
TodayPress TV xəbər verir ki, nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar.
İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
tag: Azərbaycan,Özbəkistan,Mütəxəssis,Görüş,todaypress.tv,
