Zəhərlənməyə səbəb olan dönərxananın fəaliyyəti dayandırıldı
Hadisə
09.06.2025 12:30
Naxçıvanda baş verən kütləvi zəhərlənməyə görə dönərxananın fəaliyyəti dayandırılıb.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Sorğuda qeyd edilib ki, Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb. Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.
Türkan İsgəndərli
tag: Naxçıvan,Zəhərlənmə,Dönərxana,Xəstəxana,todaypress.tv,