Yevlaxda 20 kq narkotik dövriyyədən çıxarıldı

Hadisə

27.06.2025 13:02

Yevlaxda polis əməliyyatlar keçirib, 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

TodayPress TV xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirilir.

Son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

(APA)

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,

photo