Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsi qüvvədə saxlanıldı
Hadisə
30.07.2025 12:12
Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskinin iki aylıq həbsinə dair qərar qüvvədə saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə region məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mutvalı Şıxlinski və onun müdafiəçisi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Lakin iş materiallarını nəzərdən keçirən və tərəfləri dinləyən Sverdlovsk vilayət məhkəməsi Leninski rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd olunub ki, M.Şıxlinski 2025-ci il sentyabrın 14-dək həbsdə qalacaq.
Xatırladaq ki, M.Şıxlinski saxlanılan zaman xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.
Töhfə Səməd
tag: Yekaterinburq ,Diaspor,Mütvəli Şıxlinski,Həbs,Todaypress.tv,