Tovuzda oğul anasını balta ilə öldürdü, bacısını yaralayıb evi yandırdı
Hadisə
06.06.2025 17:13
Tovuzda yaşadığı evi yandıran ruhi əsəb xəstəsi Kainat Namazov hadisədən əvvəl bacısı və anasına balta ilə xəsarətlər yetirib.
TodayPress TV xəbər verir ki, K.Namazov əvvəlcə anasını baltalayıb. Hadisədən xəbər tutan bacısı ona mane olmaq istəyərkən K.Namazov ona da xəsarətlər yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilsə də, ruhi xəstənin anası, 1970-ci il təvəllüdlü Sevinc Namazova orada ölüb. 2000-ci il təvəllüdlü A.Namazova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları hadisədə şübhəli bilinən K.Namazovu saxlayıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
***
16:10
Tovuz şəhərində ruhi xəstə yaşadığı evi yandırıb.
TodayPress TV xəbər verir ki, şəhər sakini, anadangəlmə ruhi əsəb xəstəsi yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o, evə tezalışan maddə tökərək od vurub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər, yanğının genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
(Oxu.az)
tag: Tovuz,Oğul,Balta,Ana,Bacı,Todaypress.tv,