Soyuducuda narkotik saxlayan ata və oğul saxlanıldı
Hadisə
26.06.2025 17:33
Narkotik maddələr satan ata və oğlu ifşa edilib.
Daxili İşlər Nazirliyindən (DİN) TodayPress TV-yə verilən məlumata görə, onlar narkotikləri soyuducuda saxlayıblar.
Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunan 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.
Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.
D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
tag: DİN,Narkotik,Polis,Cinayət,Todaypress.tv,