Şəmkirdə yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi bilindi - YENİLƏNDİ
Hadisə
07.08.2025 09:48
Şəmkir rayonunda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
TodayPress TV xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində qeydə alınıb.
Qəzada ölənlər:
Şəadət Bayramov (1992)
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977, Bakı sakini)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Arif Bağırov (1966)
Qəzada xəsarət alan şəxslər:
Şahniyar Pənahova (1975, Bakı sakini)
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970)
Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub, müvafiq araşdırmalar davam etdirilir.
Məlumat üçün bildirək ki, vəfat edən və xəsarət alan şəxslərin əksəriyyəti Ağstafa rayon Muğanlı kənd sakinləridir. Qəza "Mercedes Sprinter" markalı avtomobilin yük maşınına çırpılması nəticəsində baş verib.
(Teleqraf)
***
08:10
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, hadisə Bakı–Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobus yük maşınına çırpılıb.
Qəza nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
(Teleqraf)
tag: Şəmkir,Qəza,Ölüm,Siyahı,Todaypress.tv,