Şəmkirdə 5 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

Hadisə

10.06.2025 17:00

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Elşad İsmayılov saxlanılıb.

TodayPress TV xəbər verir ki, saxlanılan şəxsin üzərinə şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilib.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 4 kq 700 qram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda və satmaqda şübhəli bilinən 7 nəfər də saxlanılıb ki, onların üzərindən, avtomobilindən və yaşadıqları ünvandan müxtəlif çəkidə və növdə narkotik vasitə aşkar edilib.

Faktlarla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,

photo
photo
photo
photo