Səfərov qardaşlarına qarşı əməliyyat keçirən polislərin adları açıqlandı
Hadisə
02.07.2025 10:29
Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərə qarşı həyata keçirdiyi hücumda və soydaşlarımızın qətlində iştirak etdiyi ehtimal edilən polislərin fotoları dərc edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Evocation" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunur ki, həmin polis zabitləri Viktor Poznyak, Nikolay Paçayevets, Rafael Xamidulin və Aleksandr Smirnıxdır.
Məhz bu şəxslərin ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri və buna görə məsuliyyət daşıdıqları qeyd olunur.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları - Hüseyn və Ziyəddin - olduğu bildirilir.
Onların nəşləri iyunun 30-da Bakıya gətirilib, ekspertiza olunub və iyulun 1-də Ağcabədidə dəfn edilib.
tag: Rusiya,Yekaterinburq,Azərbaycanlılar,Ölüm,FSB,Todaypress.tv,