“Roşka” ləqəbli tiktokerin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirildi
Hadisə
15.07.2025 22:35
“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası baş tutub.
TodayPress TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək müvəkkili barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və cinayət işinin istintaq orqanına qaytarılmasını barədə vəsatət verib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Proses 22 iyulda davam etdiriləcək.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
tag: Roşka, Tiktoker, Həbs, Məhkəmə, todaypress.tv,