Rəhman Xəlilovun şirkətində axtarış aparması ilə bağlı məlumatlar təkzib edildi- YENİLƏNDİ
Hadisə
25.07.2025 20:00
Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “REILGO MMC” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatları təkzib edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Şirkətimizdə hər şey qaydasındadır, heç bir axtarış olmayıb, sakitlikdir. “REILGO MMC” ofisində axtarış həyata keçirilməsi ilə bağlı istənilən məlumatı rəsmi olaraq təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün - 25 iyul 2025-ci il tarixində şirkətin ofisində iş adi rejimdə aparılıb”, - şirkətdən bildirilib.
***
17:39
Rusiyada azərbaycanlı iş adamı İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətində axtarışlar aparılır.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, xüsusi təyinatlılar və müstəntiqlər bu gün səhər saatlarında şirkətin Lujnikidəki ofisinə basqın ediblər. Sənədləri müsadirə ediblər, həmçinin əməkdaşların işdən çıxmasına imkan verməyiblər.
Axtarışlarla bağlı digər detallar məlum deyil.
Qeyd edək ki, “Railgo” şirkəti neft məhsullarının daşınması ilə məşğul olur.
(Qafqazinfo.az)
tag: Rusiya,İsgəndər Xəlilov,Basqın,Ev,Todaypress.tv,

