Qurban kəsmək istədilər, xəstəxanalıq oldular: Ölkədə neçə nəfər xəsarət alıb?

Hadisə

07.06.2025 17:57

Azərbaycanda 6–7 iyun tarixlərində Qurban bayramı qeyd olunub. Bayram münasibətilə müxtəlif bölgələrdə qurbanlıq heyvanların kəsimi həyata keçirilib.

Belə günlərdə diqqətsizlik səbəbindən baş verən bədbəxt hadisələr istisna deyil. Bəs bu il bayram zamanı ölkə üzrə neçə nəfər xəsarət alıb?

TƏBİB-dən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 6-da saat 15:00 radələrində Xəzər rayonu ərazisindən qurban kəsimi zamanı xəsarət alma ilə bağlı çağırış daxil olub.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 35 yaşlı (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib. Sağ əlin 3-cü barmağının kəsilmiş yarası diaqnozu ilə yaralı Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub", - deyə diqqətə çatdırılıb.

Qurumun məlumatına əsasən ümumilikdə bayram günlərində respublika üzrə yalnız bir nəfər xəsarət alıb.

Müqayisə üçün qeyd edək ki, təkcə Türkiyədə Qurban bayramının ilk günündə heyvanların kəsimi zamanı 14 372 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara müraciət edib.

Töhfə Səməd 

tag: Qurban,Bayram,Kəsmək,Xəsarət,todaypress.tv,