Paytaxtda oğurluq edən şəxslər saxlanıldı
Hadisə
20.10.2025 13:26
Nəsimi rayonunda yerləşən evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyalarının və nağd pulun talanması barədə polisə məlumat daxil olub.
Bu barədə TodayPress TV - yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində bir nəfərin içərisində 580 manat, bank kartları və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən 66 yaşlı qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmçinin paytaxtın müxtəlif ərazilərində 2 ədəd mopedin oğurlanması və zərərçəkənlərə ümumilikdə 3 min manat dəyərində ziyan vurulması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş B. Əhmədov və H. Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
tag: Nəsimi,Polis,Oğurluq,Həbs,Todaypress.tv,
