Naxçıvanda yaşayış binasında yanğın oldu

Hadisə

05.08.2025 13:00

Naxçıvan şəhər Əliabad qəsəbəsində yaşayış binasının zirzəmisində yanğın baş verib.

TodayPress TV xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 20-ə yaxın sakinin təxliyəsi həyata keçirilib.

Mənzillər yanğından mühafizə olunub.

tag: Naxçıvan,Yanğın,Bina,Hadisə,Todaypress.tv,

photo
photo
photo
photo
photo