Moskva məhkəməsi bloqer Hüseyn Həsənovun həbsini qüvvədə saxladı

Hadisə

27.05.2025 19:04

74

Moskva Şəhər Məhkəməsi Azərbaycan əsilli bloqer Hüseyn Həsənovun qiyabi həbsi barədə qərarı qüvvədə saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Məhkəmə tərəflərin fikirlərini dinləyərək, Hüseyn Həsənovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı birinci instansiyanın qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edib”, - məlumatda deyilir.

Hakim H.Həsənovun müdafiə şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə H.Həsənov axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən bloggeri 7 ilə qədər həbs cəzası gözləyir.

Nicat Osman


tag: Moskva,Məhkəmə,Qərar,Hüseyn Həsənov,Todaypress.tv,