“Milla Dairy”də fövqəladə hallarda davranışla bağlı təlim keçirildi

Hadisə

23.07.2025 11:57

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Abşeron rayonunda yerləşən “Milla Dairy” MMC-də “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsədzavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin və “Milla Dairy” MMC kollektivi iştirak edib.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları kollektivə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş zavodda təxliyə planına uyğun olaraq, işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış işçilərə “ilkin yardım göstərilib”.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edilib ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.

tag: FHN,Təlim,Fövqəladə,Hal,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo