Kürdə suyun səviyyəsi artdı

Hadisə

11.04.2026 21:00

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.

TodayPress TV-nin məlumatına görə, ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib.

Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.

Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb.

Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır.

TodayPress TV

tag: Kür, Çay, Səviyyə, todaypress.tv,