İmişlidə qanunsuz tikili söküldü

Hadisə

11.06.2025 11:12

İmişlidə qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Cavadxanlı kəndi ərazisində fiziki şəxs Feyzullayev Rəcəb Qara oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

tag: FHN,İmişli,Qanunsuz,Tikili,Todaypress.tv,

photo
photo
photo