İki yük maşını toqquşdu: ölən və yaralananlar var

Hadisə

26.10.2025 08:45

Bakı–Qazax magistralında iki yük maşını toqquşub, ölən və yaralananlar var.

TodayPress TV xəbər verir ki, Bakı–Qazax avtomagistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Məlumata görə, ilkin ehtimallara əsasən, qəza mişar daşı daşıyan qoşqulu “KamAZ” markalı yük maşını ilə balıq daşıyan digər yük avtomobilinin toqquşması nəticəsində olub.

Hadisə Ağdaş və Yevlax rayonlarının inzibati sərhədi yaxınlığında qeydə alınıb. Zərbənin gücündən balıqlar yola və ətraf əraziyə səpələnib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub, avtomobildə sıxılmış vəziyyətdə qalan şəxslərin çıxarılması üçün xilasetmə işləri aparılır.

İlkin məlumata görə, qəza nəticəsində ölən və ağır yaralananlar var. Faktla bağlı araşdırma davam edir.

TodayPress TV


tag: Bakı–Qazax magistralı,Qəza ,Yol nəqliyyat hadisəsi,Ağdaş,Todaypress.tv,