Həbsdə olan tanınmış həkimin məhkəməsi başlayır

Hadisə

26.05.2025 12:44

4

Bakıda burun əməliyyatından sonra qadının ölümü ilə bağlı cinayət işi məhkəməyə göndərilib. 

Bu barədə TodayPress TV-yə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.   

Qeyd olunub ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

tag: Baş Prokurorluq,Həbs,Həkim,Məhkəmə,Todaypress.tv,