"Greenfield" və "Tess" çay çeşidlərində uyğunsuzluq müəyyən edilmədi
Hadisə
15.10.2025 16:43
Rusiyada istehsal olunan bir sıra çay məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalar aparılıb.
Bu barədə TodayPress TV-yə AQTA-dan məlumat verilib.
Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən - "Greenfield" və "Tess" çeşidlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib.
tag: AQTA,Çay,Monitorinq,Araşdırma,Todaypress.tv,
