FHN: Ötən həftə 13 nəfərin meyiti aşkar edilib
Hadisə
27.10.2025 10:18
Ötən həftə Fövqəladə Hallar Nazirliyi əməliyyatlar zamanı 13 nəfərin meyitini aşkar edib.
Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 169 yanğına çıxış, 31 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası, 1 intihara cəhd və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 30 nəfər xilas edilib, 13 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
tag: FHN,Yanğın,Yardım,Partlayış,Todaypress.tv,
