Eritreyada saxlanılan gəmilər nə vaxt geri qaytarılacaq? – SORĞU

Hadisə

16.05.2025 19:40

9

Eritreyada girov saxlanılan vətəndaşlarımız mart ayından bəri Bakıdadırlar. Həmin şəxslərin son durumu ilə bağlı TodayPress TV gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı ilə əlaqə saxlayıb.

Şirkətdən bildirilib ki, gəmi heyətinin hər birinin vəziyyəti, sağlamlığı tam yerindədir və onlar ailələrinin yanındadırlar:

"Gəmilərimiz isə hələ də Eritreya dövlətinin nəzarətindədir. Gəmilərə nəzarət üçün bizdən orada heç bir nümayəndə yoxdur".

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra müvafiq qurum tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər fəaliyyət göstərib.

Hazırda gəmilərin qaytarılması ilə bağlı şirkət və müvafiq dövlət qurumları Eritreya tərəfi ilə danışıqları davam etdirirlər.

Töhfə Səməd

tag: Gəmi,Saxlanılma,Eritreya,Caspian Marine Services B.V.,Todaypress.tv,