"Embawood"da nöqsan aşkarlandı
Hadisə
02.06.2025 11:25
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Embawood” MMC barəsində satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması və istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi halları ilə bağlı inzibati xəta protokolları tərtib edilib.
Bu barədə TodayPress TV-yə Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, qüsurlu malın geri qaytarılmasından imtina edilməsi və istehlakçı ilə bağlanmış müqaviləyə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin daxil edilməsi müəyyən olunub.
Qeyd edək ki, ötən ayın əvvəllərində də Agentlik eyni nöqsana görə “Embawood” şirkətinin barəsində inzibati xəta protokolunun tərtib edildiyini bildirmişdi.
tag: Antiinhisar,Araşdırma,Müştəri,Aldadılma,Todaypress.tv,