DİN “Sputnik Azərbaycan"la qanunsuz maliyyələşmə ilə bağlı araşdırmaya başladı

Hadisə

30.06.2025 17:59

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var:

"Əməliyyatla bağlı əlavə məlumat veriləcək", -deyə məlumatda qeyd edilir.

tag: DİN,Sputnik,Azərbaycan,Əməliyyat,Polis,Todaypress.tv,