Daxili İşlər Nazirliyində əməliyyat müşavirəsi keçirildi
Hadisə
22.09.2025 16:22
Daxili İşlər Nazirliyində (DİN) sentyabrın 22-də Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində ictimai asayişin mühafizəsinin təşkili və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
"2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" elan edilən Gəncə şəhərində və Azərbaycanın digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində xidmət aparacaq polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirmələrinin vacibliyi qeyd olunub.
Daxili İşlər naziri Vilayət Eyvazov bu əhəmiyyətli idman tədbiri ərəfəsində və günləri zamanı da iştirakçıların, azarkeşlərin, ölkəyə gələn qonaqların və xarici media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi, oyunların keçirildiyi və ətraf ərazilərdə ictimai qaydanın qorunması, buraxılış məntəqələrində təhlükəsizliyin gücləndirilməsi, eləcə də insanların rahat, maneəsiz hərəkət etmələri üçün əlverişli şəraitin təmin edilməsi barədə tələb və tövsiyələrini verib.
tag: DİN,Əməliyyat,Müşavirə,İclas,Todaypress.tv,
 
                                             
        
 
                                 
                                            ![Bank kartlarından [[4 min manatdan çox pul]] oğurlandı](/uploads/news/685baa8049d86.webp) 
                                            ![Ermənistan silahlı qüvvələrinin [[Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı]] sənədlər elan edildi](/uploads/news/68e39966cc777.webp) 
                                            ![Ayrı-ayrı rayonlarda [[silah-sursat]] aşkarlandı](/uploads/news/68be7f0d28c79.webp) 
                                            ![14 kq-dan çox [[narkotik vasitənin]] keçirilməsinin qarşısı alındı](/uploads/news/68fb2ec482b7c.webp) 
                                            ![Sumqayıtda bıçaqlanan [[qadın xəstəxanada öldü]]](/uploads/news/68642f1908baa.webp) 
                                             
                                            ![İtkin düşən [[7 nəfər]] tapıldı](/uploads/news/68304153a028f.webp) 
                                            ![Yevlaxda oğlu tərəfindən [[bıçaqlanan kişi öldü]]](/uploads/news/68af3addafa82.webp) 
                                            ![Ötən həftə [[148 yanğına çıxış]] olub](/uploads/news/68d0f88321c5c.webp) 
                                            