Biləsuvarda narkotik dövriyyəsində şübhəli bilinən şəxs həbs olundu
Hadisə
08.07.2025 09:47
Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
tag: DİN, Narkotik, Vətəndaşlar, Məlumat, todaypress.tv,
